Digər

Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq

Metbuat.az

Sabah Azərbaycanda yağıntılı hava gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.



Havanın temperaturunun gecə 5-8˚, gündüz 10-14˚ isti olacağı gözlənilir.



Aprelin 10-da Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.



Havanın temperaturu aran rayonlarında gecə 5-10˚, gündüz 13-18˚, dağlarda gecə 0-4˚, gündüz 4-7˚ isti olacaq.

Mənbə
ANS PRESS