Dünya

Saakaşvili kamuflyaj geyinib və ukraynca danışdı (VİDEO)

Metbuat.az

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili kamuflyaj geyinib və ukraynca danışıb.



ANS PRESS-in məlumatına görə, Ukrayna televiziyasına müsahibə verən Saakaşvili ilk dəfədir ki, Ukrayna dilində jurnalistlərlə ünsiyyət qurub.



Çəkiliş Şimali Donetskdə baş tutub. Sabiq prezident bildirib ki, ön cəbhədəki vəziyyəti şəxsən maşahidə edib:



"Mən Ukrayna və gürcü təlimatçılarla döyüş gedən ərazilərdə idim. Orada könüllü gürcü ilə rastlaşdım. O Şirokinoda ağır yaralanmışdı. O gürcü sonra öldü. Ancaq könüllü əsgər Rusiya təlimatçısını məhv etməyi bacarıb. Bu artıq üçüncü gürcüdür ki, Ukrayna üçün həlak olub", - deyə Saakaşvili bildirib.



Gürcüstanın sabiq prezidenti gürcü əsgərlə nə vaxt və hansı şəraitdə danışmağı barədə ətraflı məlumat verməyib.



Mənbə
ANS PRESS