Ölkə
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Rusiyanın xarici işlər naziri birbaşa efirdə iki saatlıq müsahibə verəcək
Moskva, 20 aprel,
AZƏRTACRusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 22-də “Sputnik”, “Exo Moskvı” və “Qovorit Moskva” radiostansiyalarına birbaşa efirdə müsahibə verəcək.
Rusiya XİN-in başçısı beynəlxalq münasibətlərin və xarici siyasətin aktual problemlərinə dair suallara cavab verəcək.
Müsahibə Moskva vaxtı ilə saat 12.00-dan 14.00-dək davam edəcək.
Görüşün onlayn-yayımı “Ria.ru” saytında olacaq. Rusiya xarici siyasət idarəsi başçısına sualları
radiosputnik@rian.ruünvanına göndərmək olar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva