Dünya

​Rusiyalı senator Ermənistana Avropa İttifaqı ilə bağlı məsləhət verib

Metbuat.az

Bakı. 15 aprel. REPORT.AZ/ "Ermənistanda 350-yə yaxın Qeyri - Hökumət Təşkilatı ölkənin Avrasiya İqtisadi Birliyinə inteqrasiyasının əleyhinə, "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqına yaxılaşmanın lehinə təbliğat aparır. Biz bu sayaq fəaliyyəti düzgün saymırıq. Çünki "ya bizimləsiz, ya da onlarla" seçimini də doğru hesab etmirik. Bu mövqe Ukraynanı artıq dağıqıdıb, yaxud demək olar ki parçalayıb. Əgər məsələ birbaşa qoyulsa, o zaman istənilən ölkə dağıla bilər".


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurası beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev bildirib.


Onun sözlərinə görə, Ermənistanın Avrasiya İttifaqı, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olması belə layihələrin erməni ictimaiyyəti tərəfindən dəstəklənməsinin göstəricisidir


Komitə başçısı Ermənistanın bu sayaq seçim sınağından yayına biləcəyinə ümidvar olduğunu vurğulayıb.