Ölkə
Rusiyalı alimlər AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
Bakı, 14 aprel,
AZƏRTACRusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktoru Sergey Tixotski və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Yelena Poludetkina Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.
Akademiyadan
AZƏRTAC-a bildiriblər ki, görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik etdiyi elm müəssisəsində aparılan kompleks seysmoloji geofiziki və geodinamik tədqiqatlar barədə məlumat verib, qonaqları əldə olunan nəticələrlə tanış edib.
Tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.