Dünya

Rusiyada Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı intihar edib

Metbuat.az

[ 04 Aprel 2015 07:58 ]



Bakı-APA. Rusiyanın Çita şəhərində Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı Yuri Kelyak intihar edib. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya İstintaq Komitəsinin yerli idarəsindən bildirilib.   

“Yuri Kelyak övladları ilə yaşayıb, o evdə tək olduğu vaxt özünü asıb”, deyə mənbə bildirib. Onun sözlərinə görə, bundan əvvəl o dəfələrlə həyatdan yorulduğunu bildirib.    

Fakt üzrə araşdırmalara başlanılıb.