Digər

Rusiyada azərbaycanlılar arasında dava olub, 3 nəfər bıçaqlanıb

Metbuat.az

[ 13 Aprel 2015 12:27 ]


Bakı. Ülkər Bəkirli - APA. Rusiyada azərbaycanlılar arasında dava baş verib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, hadisə Moskva vilayətinin Zelenoqrad şəhərindəki kafelərin birində qeydə alınıb.

Dava nəticəsində 3 azərbaycanlı bıçaqlanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
 

Yaralanan şəxslərin eyni tikinti şirkətində çalışdığı bildirilir. Onlar polisə bildiriblər ki, hücum edən şəxslər milliyyətcə azərbaycanlı olublar.

Hazırda hücum edənlərin axtarışı istiqamətində müvafiq tədbirlər görülür.