Dünya
AZƏRTAC
Rusiyada 23 nəfərin ölümünə səbəb olan yanğınlar Çin ərazisinə keçib
Bakı, 14 aprel,
AZƏRTACRusiyada tüğyan edən və 23 nəfərin həyatına son qoyan meşə yanğınları Çinin ərazisinə keçib. Alovun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
AZƏRTAC
Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, yanğınlar Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar regionunun ərazisində qeydə alınıb. Arqun şəhərindəki 85 tikili və 50 avtomobil yanaraq külə dönüb. İqtisadiyyata dəyən zərər təxminən 3,2 milyon dollar həcmində qiymətləndirilir.
Alovun söndürülməsi istiqamətində aparılan əməliyyatlara 600-dən artıq yanğınsöndürən cəlb olunub. Həlak olanlar və ya xəsarət alanlar barədə məlumat verilmir.