Dünya
Rusiya Yəməndəki səfirliyinin işçilərini təxliyə edəcək
Bakı. 11 aprel. REPORT.AZ/ RF XİN 11-13 aprel tarixlərində Yəmənin paytaxtından Rusiya səfirliyinin işçilərini və digər vətəndaşları təxliyə edəcək. Bu barədə qurumun rəsmi "facebook" səhifəsində məlumat yerləşdirilib.
Report "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Yəməndəki səfirliyinin nümayəndəsi bildirib ki, aprelin 11-də ölkəni tərk etmək istəyən vətəndaşlar üçün növbəti təxliyə reysi təşkil olunacaq.
Təxliyə olunanların sayı və hansı ölkələrin vətəndaşları olduqları barədə dəqiq məlumat açıqlanmır.