Rusiya səfiri Norveç XİN-inə çağırılacaq
Bakı. 20 aprel. REPORT.AZ/ Norveç
Xarici İşlər NazirliyiRF baş nazirin müavini Dmitri Roqozinin Şpitsbergen arxipelaqına getməsi ilə əlaqədar Rusiyanın bu ölkədəki səfirini izahat vermək üçün nazirliyə dəvət edəcək.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalının efirində ölkənin xarixi işlər naziri Byorqe Brende bildirib.
"Aprelin 20-də biz RF səfirini bu səfərlə bağlı izahat verməyi xahiş edəcəyik", - nazir qeyd edib.
Rusiya baş nazirin müavini Dmitri Roqozin aprelin 18-də Norveçin Şpitsbergen arxipelaqına gedib, oradan da Şimal qütbünə ekspedisiyaya yollanıb.
"Biz həmin şəxsin Savlbarda (Şpitsbergenə) getməsinə təəssüf edirik", - Brende qeyd edib. O vurğulayıb ki, RF səfirliyi rəsmi Oslonun sanksiya siyahısında adı keçən insanların arxipelaqda görmək istəmədiyi haqqda məlumatlandırılıb.
2014-cü ilin mart ayından Roqozinin adı Aİ-yə girişi qadağa olunan rus siyasətçiləri və iş adamlarının qara siyahısındadır. Norveçin Avropa İttifaqının üzvü olmamasına baxmayaraq, o, Avropanın Rusiyaya qarşı bütün sanksiyalarına qoşulub və giriş məhdudiyyətləri krallığın ərazisinə də şamil olunub.