Dünya

Rusiya Prezidenti Vladimir Putinlə birbaşa yayım başlayıb

Metbuat.az


Bakı, 16 aprel,

AZƏRTAC

Bu gün Moskva vaxtı ilə saat 12-də Rusiya Prezidenti Vladimir Putinlə artıq ənənəyə çevrilən “birbaşa yayım” başlayıb.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, tədbiri müxtəlif KİV-lərdən olan 250 jurnalist işıqlandırır. Onların arasında Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Çin, Yaponiya və Latın Amerikası ölkələrinin nümayəndələri də var.


Rusiya Prezidenti artıq 13 dəfədir ki vətəndaşların suallarını cavablandırır. “Birbaşa yayım”da dövlət başçısına ünvanlanan sualların sayı artıq 2 milyonu keçir.


Qeyd edək ki, 2014-cü ildə Vladimir Putinlə birbaşa yayım təxminən 4 saat davam etmişdi. Dövlət başçısı ona ünvanlanan 2,4 milyon sualdan 81-nə cavab vermişdi.