Dünya
Rusiya prezidenti: “S-300 raket komplekslərinin İrana satışı İsrailə təhlükə yaratmır”
[ 16 Aprel 2015 15:19 ]
Bakı – APA. “S-300 raket komplekslərinin İrana satışı İsrailə təhlükə yaratmır. Bu, sırf müdafiə xarakterli silahlardır”.
APA-nın məlumatına görə, bunu Rusiya telekanallarının canlı yayımında Rusiya prezidenti Vladimir Putin deyib.
“Əgər kimsə qorxur ki, biz sanksiyaların aradan qaldırılmasına başlamışıq, görünür bu insanlar BMT-nin sanksiya siyahısına sözügedən silahın satışı məsələsinin daxil olmadığını bilmirlər. Biz birtərəfli qaydada qadağa qoymuşduq. Daha bu qadağanı qüvvədə saxlamağın mənasını görmürük”, - deyə o vurğulayıb.
V. Putin qeyd edib ki, Rusiya Yaxın Şərq ölkələrinə ən çox silah satan ölkə deyil: “Birləşmiş Ştatlar daha çox silah satır”.