Dünya
APA
Milli.Az
Rusiya prezidenti: "ABŞ-a tərəfdaşlar deyil, vassal ölkələr lazımdır"
Rusiya prezidenti
Vladimir PutinQərb ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasının şərtlərini açıqlayıb
APA
-nın məlumatına görə, V.Putin yerli telekanalların canlı yayımında bildirib ki, əsas şərt Rusiyaya hörmətin göstərilməsidir.
“Qərblə münasibətləri pozan biz olmamışıq. Biz əməkdaşlıq etmək istəyirik”, - deyə o bildirib.
Sanksiyalar vasitəsi ilə Rusiyaya ziyan vurmağın faydasız olduğunu deyən Putin qeyd edib ki, ABŞ-a tərəfdaşlar deyil, vassallar lazımdır: “Rusiya isə bu cür münasibətlər sistemində özünü görmür. Nəinki görmür, heç bu sistemdə yaşaya da bilməz”.
Milli.Az