Dünya

Rusiya Müdafiə Nazirliyinin anbarında yanğın baş verib

Metbuat.az

[ 13 Aprel 2015 13:59 ]



Bakı – APA. Rusiya Müdafiə Nazirliyinin anbarında yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Çita rayonunda qəydə alınıb.

Konkret olaraq qumbara və avtomatların yerləşdiyi anbar alışıb. Yanğının söndürülməsinə güclü küləyin mane olduğu bildirilir.

Yanğına səbəb kimi ətraf ərazidəki otlaq sahələrinin yanması göstərilir.