Dünya

Rusiya hərbi gəmisi Yəməndən 5-i Azərbaycan vətəndaşı olmaqla 19 ölkənin 300-dək vətəndaşını təxliyə edib

Metbuat.az

[ 12 Aprel 2015 04:30 ]


Bakı-APA. Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Priazovye” kəşfiyyat gəmisi Yəməndə üsyançılara (husilər) qarşı xüsusi əməliyyatın aparıldığı zonadan 19 ölkənin 308 vətəndaşını təxliyə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.