Dünya

Rusiya gəmisi 5-i azərbaycanlı olmaqla 300-dək əcnəbini Yəməndən təxliyə etdi

Metbuat.az

Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Priazovye” kəşfiyyat gəmisi Yəməndə üsyançılara (husilər) qarşı xüsusi əməliyyatın aparıldığı zonadan 19 ölkənin 308 vətəndaşını  təxliyə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.