Dünya
Rusiya filmləri yasaqlandı
Ukrayna prezidenti Petro Proşenko Rusiya güc strukturlarının fəaliyyəti barədə bu ölkədə istehsal olunmuş film və serialları yasaqlayan sərəncama imza atıb.
MilliAz BBC-yə istinadən bildirir ki, yasaq “işğalçı dövlətin” silahlı qüvvələri, güc və hərbi qurumlarının təbliğat, təşviqat və populyarlaşdırılmasını nəzərdə tutan audiovizual materialların bütün növlərinə şamil edilir.
Ukrayna parlamenti fevralın 5-də Rusiya filmlərinin qadağan edilməsi barədə qanun qəbul edib.
Bundan əvvəl Ukraynanın müfaviq nəzarət qurumu Rusiyada istehsal olunmuş 15 film və serialın nümayişinə icazə verməyib.
Qərara səbəblərdən biri kimi həmin video məzmunda "Rusiya güc strukturlarının tərənnüm" edilməsi göstərilib.
Mart ayında Ali Rada Rusiyada istehsal olunmuş film və serialların retranslyasiyasına qoyulan qadağanı qaldırmaqdan imtina edib.
Milli.Az