Dünya
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Rusiya Federasiyasının Xakasiya Respublikasında böyükmiqyaslı yanğın baş verib
Moskva, 12 aprel,
AZƏRTACRusiyanın Federasiyasının Xakasiya Respublikasının 4 rayonunda və Çernoqorsk şəhərində 100-dən artıq ev yanıb, 60-dan çox adam yaralanıb. Son məlumata görə, 2 nəfər həlak olub.
Yanğının quru otun yandırılması səbəbindən baş verdiyi ehtimal olunur. Regionda fövqəladə vəziyyət elan edilib.
Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xüsusi texnikası, habelə Rusiya Silahlı Qüvvələrinin qruplaşmaları işləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva