Dünya

Rusiya Dövlət Dumasının sədri: “ABŞ-ın özündən razılığı beynəlxalq təhlükəsizliyin balansını pozub”

Metbuat.az

[ 13 Aprel 2015 15:21 ]


Bakı – APA. “ABŞ-ın özündən razılığı və problemlərin bilməməsinin sintezi ilə açıq-aşkar böhtan beynəlxalq institutlar sistemində, o cümlədən təhlükəsizlik sahəsindəki balansın pozulmasına gətirib çıxarıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edib.

O bildirib ki, artıq bu proses Yaxın və Orta Şərqdə, habelə dünyanın digər regionlarında faciələrə səbəb olub. “Nəticədə dünya böhranlı duruma düşdü”, - deyə S. Narışkin qeyd edib.

Spiker həmçinin əlavə edib ki, Rusiyanın fikri ilə hesablaşmamaq cəhdləri faydasızdır.