Dünya
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Rusiya Çanaqqala döyüşünün 100 illiyinə həsr edilmiş yubiley tədbirlərində yüksək səviyyədə təmsil olunacaq
Moskva, 9 aprel,
AZƏRTAC
Rusiya Çanaqqala döyüşünün 100 illiyinə həsr edilmiş yubiley tədbirlərində yüksək səviyyədə təmsil olunacaq.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərin suallarına cavab olaraq məlumat verib. O deyib: “Rusiya Federasiyası Türkiyəli tərəfdaşlarımızın Çanaqqalada planlaşdırdığı anım tədbirlərində yüksək səviyyədə təmsil olunacaq”.
D.Peskov daha sonra bildirib ki, Rusiya dövlətinin başçısı Vladimir Putinin Yerevana səfəri məsələsi hələ müzakirə edilir. O deyib: “Biz bu barədə müvafiq elan verəcəyik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva