Dünya

Ruhani Yəməndəki vəziyyətdən danışdı (VİDEO)

Metbuat.az

Körfəz koalisiyasının Yəmənin paytaxtı Sənaya endirdiyi avizərbələr nəticəsində son bir gün ərzində 20-dən çox insan həlak olub. Hava zərbələrinin əsas hədəfi şəhərin cənubunda husi üsyançılarının nəzarətində olan silah anbarları olub.



Silsilə avizərbələr husi üsyançılarına qarşı genişmiqyaslı əməliyyatın başlandığı 26 mart tarixindən bəri ən yüksək intensivliyə çatıb. Koalisiyanın hərbi rəsmisi hava əməliyyatları nəticəsində üsyançıların hərbi arsenalının 95-98 faizini məhv edilidiyini deyib.



Bu arada İran prezidenti Həsən Ruhani jurnalistlərə Yəmənin daxili işlərinə qarışmağın beynəlxalq qaydalara zidd olması barədə açıqlama verib. Ruhani Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlardan danışarkən, İranın mövqeyini bir daha vurğulayıb.



"Bu gün bölgədə bəzi məsuliyyətsiz ölkələrin Yəmənin daxili işlərinə müdaxiləsinin şahidi oluruq. Bu müdaxilə islam hökmlərinə uyğun olmamaqla yanaşı, beynəlxalq qaydalara da ziddir".



Ruhani hesab edir ki, Yəmənə hərbi müdaxilə problemin həlli yolu deyil. Yəmən məsələsində İran husi üsyançılarını, Səudiyyə Ərəbistanı isə Yəmənin ölkədən qaçmış qanuni prezidenti Əbdrəbbu Mansur Hadini dəstəkləyir. Bu isə iki ölkənin münasibətlərinə ciddi xələl gətirib.



Mənbə
ANS-TV