Rublla bağlı optimist proqnoz
"Frid Finans" təşkilatının Rusiyanın maliyyə bazarı üzrə əməliyyat idarəsinin rəisi Qeorgi Vaşenko ölkənin valyuta bazarı ilə bağlı maraqlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, o deyib ki, rublun möhkəmlənməsi günün əsas xəbərdir. Bazarda yaranan təlaş dolların kursunu 48 rubla qədər salacaq. İndi Rusiya valyutası ötən ilin noyabrın sonundan bəri maksimum dərəcədə yüksəlib. Avronun kursu isə ötən il oktyabrın 31-dəki səviyyəyə qayıdıb.
Onun sözlərinə görə, rublun möhkəmlənməsində üç amil rol oynayır. Birincisi, dünya bazarında neftin qiymətinin 5 faiz bahalaşması (bir barel 62 dollar), ikincisi, ABŞ dollarına qarşı avronun gücləndirilməsi, üçüncüsü, bazarda valyuta müqavilələrinə opsionların ekspirasiyası (bağlanmış müqavilə üzrə öhdəliklərin icrası) olub.
Ekspert bildirib ki, bu gün bir dolların 50 rubldan da aşağı düşməsi psixoloji cəhətdən valyuta bazarında qısamüddətli təlaşı doğura, hətta dolların kursunu 1,5 rubl da sala bilər. Ancaq güman edirik ki, bu səviyyədə güclü spekulyativ tələbat yaranacaq. Gözlənilən odur ki, gün ərzində rubl-dollar məzənnəsi 49,25 - 50,25, rubl-avro isə 52,50 - 53 səviyyəsində qalacaq.
MənbəANS PRESS