Ölkə

Rövnəq Abdullayev Qaribaşvili ilə görüşdü (VİDEO)

Metbuat.az

Gürcüstanda rəsmi səfərdə olan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüş keçirib.



ANS TV-nin məlumatına görə, mətbuata qapalı keçən görüş zamanı strateji tərəfdaşlıq, birgə həyata keçirilən investisiya layihələri, regional əməkdaşlığın perspektivləri müzakirə edilib. Gürcüstanın hökumət başçısı SOCAR-ın ölkəsinə ən çox investisiya yatıran xarici şirkətlərdən olduğunu vurğulayıb.



Rövnəq Abdulayevin səfər çərçivəsində SOCAR-ın Gürcüstandakı yeni yanacaqdoldurma məntəqəsinin və Marneulidə tikintisi həyata keçirilən bir sıra obyektlərin açılışında iştirak edəcəyi gözlənilir.



Mənbə
ANS TV