Ölkə
Mənbə
ANS TV
Rouminq tariflərində yenilik (VİDEO)
Azərbaycan və Rusiya arasında rouminq tarifləri ilə bağlı danışıqlar aparılır.
ANS TV-nin məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov danışıb. O bildirib ki, hazırda bununla bağlı sənədlər hazırlanır. Yəni, ümumiyyətlə “rouminq” qiymətlərinin müəyyən olunmasına ökələrlərdən asılı olaraq fərqli yanaşma olacaq.
İltimas Məmmədov onu da qeyd etdi ki, sənədlər ilk öncə nazirlər səviyyəsində razılıq əldə edildikdən sonra hər bir operatorun mövqeyinə uyğun bir vəziyyətə gətiriləcək. Bu tip müqavilələr haqqında danışıqlar həm region ölkələri həm də Rusiya ilə aparılır.
ANS TV