İdman

Ronaldudan möhtəşəm rekord

Metbuat.az

İspaniya La Liqasının 31-ci turunda keçirilən "Real" - "Malaqa" matçı meydan sahiblərinin futbolçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.


Qol.az-ın məıumatına görə, portuqaliyalı hücumçu matçın 90+2-ci dəqiqəsində qol vuraraq tarixi rekorda imza atıb.

O, cari mövsümdə bütün turnirlərdə vurduğu qol sayını 50-ə çatıdırb.
Bununla da Ronaldu İspaniya futbolu tarixində ardıcıl 5 mövsüm 50 və daha çox qol vuran ilk futbolçu adını qazanıb.

Qeyd edək ki, 30 yaşlı forvard “Real”a transfer olunandan yalnız bir mövsüm 50 qolluq həddi keçə bilməyib. O, 2009/2010 mövsümündə 33 qol vurub.



Milli.Az