Roma Papasının tarixi səhvi
Qeyd edək ki, Roma papası ötən yüz ildə üç "soyqırım hadisəsi baş veridiyini" deyib. Onun iddiasına əsasən, XX əsrdə ilk "soyqırıma Osmanlı imperiyasında ermənilər məruz qalıb". Roma papası söyləyib ki, o biri, ikinci dünya savaşında Hitler faşizmi tərəfindən yəhudilərə, üçüncüsü isə keçmiş SSRİ dövründə Stalın tərəfindən sovet vətəndaşlarına qarşı törədilib.
Dünyada barış və sevgini əsas götürərərək, İsa peyğəmbərin təliminə əməl edən xristianlara, eləcə də 15 əsrlik yaşı olan katolik təriqətinin təmsilçilərinə hörmət edərək, bu məsələyə toxunmamqda olardı. Ancaq dünyanın indiki vəziyyətində, sivilizasiyalararası durumun gərgin olduğu bir çağda I Frantsiskin çıxışını dəyərləndirməmək də olmur.
Heç kimə sirr deyil ki, dünya siyasətində Vatikanın öz yeri var. Bu dövlət dünyada bir milyarddan çox insanın üz tutduğu bir məkan, onun lideri isə doğru yolu göstərən sayılır.
Ancaq I Frantsisikin bu çıxışı özündən əvvəlki papaların Vatikanın müsəlman, o cümlədən türk dünyası ilə qurmağa başladığı və ya qurduğu çox müsbət münasibətlərdə problem yarada bilər.
Romanın indiki Papası bu addımı atmqla aşağıdakı səhvlərə yol verdi:
- Dünyada xristina - müsəlman qarşıdurmasının olduğunu iddia edənlərə əsas verdi;
- Tarixi gerçəkliyi təhrif etdi;
- Münaqişələrin həllində Vatikanın tərəfsiz olmadığını, yaxud onun vasitəçi olma ehtimalını azaltdı;
- Müsəlman və türk dünyasında katolik kilsəsinə olan etibara ziyan vurdu;
- Baş verməyən bir hadisəyə xristian, o cümlədən katolik təriqətinin mənafeyini nəzərə almadan yanşdı;
- Allahdan, İsa peyğəmbərin Ədalət və Sevgisindən danışaraq, erməni lobbisi və onların himayəçilərinin yalanına uydu;
- Dünya məsələsində nəfsini qoruya bilmədi.
Bəs, I Frantsiski bu addımı atmağa vadar eləyən səbəblər nə idi? Heç şübhəsiz bəzən, nəfsini idarə etməyi bacaran ən güclü ruhanilər belə şeytana uyur. Çünki onlarda insandır.
İnsanları ilahiləşdirmək isə bütün dinlərdə günahdır. Bu baxımdan Roma papası da səhv edə bilər. Ancaq olmayan və görmədiyi bir olayın iddiasını dilə gətirmək belə adamlar üçün səhv deyil, günah sayılır.
Təəssüf ki Papa
Xocalıda azərbaycanlıların, yaxud keçmiş Yuqoslaviyada müsəlmanların soyqırıma məruz qaldıması ilə bağlı məsələlərin əsl mahiyyətinin verməməklə də suç işlətməkdə davam edir. Bu hadisələr 100 il öncə deyil, 23 il öncə, I Frantsiskin yaşadığı əsrdə, günlərədə baş verib.
Deməli Vatikanın indiki liderinin belə çıxışında başqa amillərdə yox deyil. Fikrimizcə, bura aid olan ehtimallar aşağıdakılardı:
- Xristian dünyasında, müsəlmanlara münasibətdə kəskin fikir ayrılıq var;
- Katolik kilsəsinə inananların sayı azaldığından Papa bu sayaq uydurmaları müdafiə etməklə xristianların rəğbətini qazanmağa çalışır;
- Dünyada baş verənlərdə xristian təəssübü çəkməklə Vatikanın daha çox məsihçi olduğunu göstərməyə çalışır;
- Saxta və hüquqi əsası olmayan bir iddianı dəstəkləməklə Qafqazda ermənilərdən özünə müttəfiq hazırlayır;
- Osmanlı imperiyasından Canaqqalada aldıqları zərbənin hikkəsini belə çıxır və s.
Beləliklə, I Frantsisk Roma Papası olmazdan öncə verdiyi vədə əməl etmədi. O, siyasətlə deyil, ruhani işlə məşğul olacağını və olduğunun bildirirdi. Ancaq Vatkanın başçısı bu vədinə xilaf çıxdı. Axı, ruhanı insan birləşdirici, barışsevər olar...