Robert Sekuta: ABŞ Çanaqqalaya getməyə bilər (VİDEO)
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bölgələrə səfəri zamanaı deyib ki, Birləşmiş Ştatlar Türkiyənin Çanaqqala zəfərinin 100 iliyində iştirak etməyə bilər.
ANS TV-nin məlumatına görə, səfir bunu ölkəsinin Birinci Dünya müharibəsində iştirak etməməsilə əlaqləndirib.
Qərb bölgəsinə səfər edən amerikalı diplomat Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşdə deyib ki, Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə adlansa da, heç də belə deyil.
Səfir ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xarici işləri nazirləri ilə daim təmasda olduğunu da vurğulayıb. Onlar çalışırlar ki, prezidentlərin görüşünü təşkil eləsinlər. Əsas məqsəd tərəfləri bir araya gətirmək və münaqişənin dinc yolla həlli istiqamətində irəliləyişə nail olmaqdır.
Səfir təyin olunduqdan sonra bölgələrə ilk səfərini Gəncədən başlayan Robert Sekuta burda bir sıra tarixi yerlərə və təhsil ocaqlarına baş çəkib. Diplomat ANAMA-nın Göygöl regional bazasında da olub.
ANS PRESS