İdman
"Real"da xoşbəxt deyil
Uzun müddət transfer gündəmini zəbt edən və axırda "Real"la müqavilə imzalayan Martin Edeqor Madrid klubunda yaxşı günlər keçirmir.
Metbuat.az AS-a istinadən xəbər verir ki, 16 yaşlı futbolçu "Real"ın rezerv komandası - "Kastilya"da əvəzedicilər skamyasında oturmaqdan bezib.
Norveçli oyunçu artıq komanda ilə birgə məşqlərə çıxmaqdan da imtina edib. O, sadəcə oyunöncəsi məşqlərə qatılır.
Kral klubu 3 milyon avroya transfer edən futbolçuya həftədə 5 dəfə əsas komanda ilə birgə çalışacağına dair söz vermişdi. Ancaq "Real"ın sözünə əməl etməməsi Edeqorun qəzəbinə səbəb olub. Yazılanlara inansaq, gənc istedad məhz elə bu səbəbdən "Kastilya"nın məşqlərində iştirak etmir.