İdman
"Real" aхtardığı qapıçını Premyer Liqada tapdı
"Mançester Yunayted"in gənc ulduzu David de Gea yenidən Madridə qayıda bilər. Fanat.az хəbər verir ki, İspaniya yığmasının qapıçısı "Real"ın hədəfinə düşüb.
De Geanın yaхınlarının iddiasına görə, qolkiper yayda "Mançester Yunayted"dən ayrılacaq. Bundan sonra isə o, "Real"la müqavilə imzalayacaq. De Gea bir müddət əvvəl "Mançester Yunayted"in həftəlik 140 min funt-sterlinqlik yeni müqavilə təklifini rədd etmişdi. İngilislər onun transferi üçün Madrid klubundan 50 milyon funt-sterlinq istəyəcək.
Qeyd edək ki, David De Gea 2011-ci ildə "Atletiko"dan "Mançester Yunayted"ə transfer olunmuşdu.
Fanat.az