Digər

Ramiz Mirişli vəfat etdi

Metbuat.az

Taninmış bəstəkar, xalq artisti Ramiz Mirişli vəfat edib.



ANS PRESS-in məlumatına görə, xalq artisti bir az əvvəl xəstəxanada dünyasını dəyişib.



Qeyd edək ki, tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982), Naxçıvan MR-nın əməkdar incəsənət xadimi Azərbaycan Respublikasının xalq artisti Ramiz Miriş 1934-cü ilin aprelin 16-da dünyaya gəlib.



14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.



Mənbə
ANS PRESS