Digər

Ramil Səfərov Azərbaycana ekstradisiya oluna bilər

Metbuat.az

Macarıstan xarici işlər naziri bunun ciddi şəkildə müzakirə olunacağını vurğulayıb

Macarıstanda Azərbaycan bayrağını təhqir edən erməni zabiti Qurgen Markaryanı öldürən Ramil Səfərov Azərbaycana ekstradisiya oluna bilər. Lent.az-ın “PanARMENİAN.Net” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Macarıstan xarici işlər naziri Kinq Qents İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edib: “Amma rəsmi Budapeştin belə bir öhdəliyi yoxdur. Məhkəmə artıq başa çatıb və qərar elan olunub”.

Kinq Qents Ramil Səfərovun Azərbaycana verilməsi barədə məsələ qaldırılsa onun Macarıstanda ciddi şəkildə müzakirə olunacağını vurğulayıb. Xarici işlər naziri qeyd edib ki, Səfərov vətəninə qaytarılsa onun cəzasını çəkməkdə davam edib etməyəcəyi ilə bağlı ciddi şübhələr mövcuddur.