İdman

​"Rabitə" voleybol klubu 8-ci dəfə Azərbaycan çempionu olub

Metbuat.az

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət "Rabitə" voleybol klubu 8-ci dəfə ard-arda ölkə çempionu adını qazanıb.


"Report" xəbər verir ki, Zoran Qayiçin yetirmələri çempionatın pley-off mərhələsinin final seriyasının ikinci oyununda "Lokomotiv" üzərində 3:1 hesabı ilə qələbə qazanıb.


Çempionatın bürünc mükafatı hər iki oyunda "Azərreyl"ə qalib gələn "Azəryol" komandasına nəsib olub.


Qadınlar. Azərbaycan çempionatı


Pley-off. Final. İkinci matç


"Rabitə" (Bakı) — "Lokomotiv" (Bakı) — 3:1 (22:25, 25:20, 25:16, 25:13).


Seriyada hesab: 2-0.