Digər

Quldurluq etmiş Bakı sakini Göyçayda tutulub

Metbuat.az

[ 04 Aprel 2015 13:34 ]



Bakı. Fuad Cəfərov – APA. Quldurluq edən Bakı sakini saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytIna istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Elnarə Mustafayevanın və Elvin Hüseynovun 200 manatını və planşetini quldurluq yolu ilə alan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Yəhyazadə Göyçay şəhərində tutulub.