Dünya

Qubernatorun oğlu vertolyotla evin damına çırpıldı

Metbuat.az

Braziliyanın Braueri şəhərində baş verən vertolyot qəzasında ölən şəxslər arasında San-Paulu ştatının qubernatorunun oğlu da olub.



Trend

-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bir evin damına düşən vertolyotda olan beş nəfərin hamısı ölüb.



Qubernator

Jeraldu Alkmin

in 31 yaşlı kiçik oğlu

Tomas Alkmin

qəzaya uğrayan “ES-155” vertolyotunun ikinci pilotu olub.



Polisdən bildiriblər ki, vertolyotun çırpıldığı ev hələ məskunlaşmayan yarımtikili olub.



Braziliya prezidenti

Dilma Russef

hadisə ilə bağlı qubernatorun və digər qurbanların ailəsinə başsağlığı verib. Ölkənin aviasiya strukturları hadisənin təfərrüatları ilə bağlı araşdırma aparır.



Milli.Az