Ölkə

Qubalılar niyə Novruz səmənilərini çaya atır?

Metbuat.az

Quba, 2 aprel, Elxan Yusifli,

AZƏRTAC

Aprelin 2-də Qubanın özünəməxsus ənənələrindən olan “səməni atdı” mərasimi keçirilib.


AZƏRTAC

xəbər verir ki, əksər qubalılar Novruzda cücərdilən səmənini bayramdan 13 gün sonra axar suya atırlar. Sakinlər arsında “səməni atdı” adlandırılan mərasim Qudyalçayın Quba şəhəri ərazisindən keçən hissəsindəki körpüdə təşkil edilir. Mərasimə qatılanlar niyyət edərək bayram səmənilərini axar suya atır, arzusunun həyata keçməsi üçün dua edirlər. İnanca görə səmənini suya atan şəxsin arzusu növbəti Novruz bayramına kimi həyata keçir. Bu zaman niyyət edən şəxs yenidən mərasimə qatılır və burada olanlara şirniyyat paylayır.


Bu adət Qubada uzun illərdir ki, qorunub saxlanılır. Son illər isə Qudyalçayın üzərindəki körpüdə “səməni atdı” mərasiminə tək qubalılar yox, ətraf rayonların sakinləri də gəlirlər.