Ölkə

Qubada yeniyetmə və gənclər arasında intellektual yarış keçirilib

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Mədəniyyətimizin, adət-ənənələrimizin təbliği istiqamətində Quba rayonunun Xucbala kəndində intellektual yarış keçirilib.


Yarış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunub.


Birlikdən

AZƏRTAC

-a bildiriblər ki, 5 komandanın tərkibində 30 nəfər yeniyetmə və gəncin iştirak etdiyi yarışda Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri, vətənpərvərlik mövzularını əhatə edən “Nə? Harada? Nə zaman?” intellekual oyun formatında hazırlanmış 30 sual səsləndirilib. Nəticədə “Şahdağ” komandasının intellektləri final mərhələsinə vəsiqə əldə ediblər. “Parlaq şüarlar” adlı komandanın biliciləri ikinci, “Qaliblər” komandası isə üçüncü olub.


Yarışın final mərhələsi mayın 16-da Quba şəhərində keçiriləcək.