Ölkə

Qubada “dəmir həvəskar”larının yeni əməlləri bəlli oldu (FOTO)

Metbuat.az

Qubada silsilə oğurluq edən şəxslər haqda cinayət işi başlanıb.



ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Laçın rayon sakini 34 yaşlı Yaşar İbrahimov və Qax rayonunda doğulmuş və hazırda Bakıda yaşayan 38 yaşlı Eldəniz Atayev tutulublar.



Saxlanılan səxslər etdiyi cinayətləri ANS PRESS-in bölgə müxbirinə verdiyi müsahibədə etiraf ediblər. Quba polis şöbəsinin müstəntiqi İlkin Kərimovun bildirdiyinə görə, aparılan istintaq tədbirləri nəticəsində “dəmir həvəskar”larının digər əmməlləri də ifşa olunub.



“Saxlanılanlar İsmayıl Mirzəyevə 4525 manat ziyan vurub. Bundan başqa onlar aprel ayında Alekseyevka, Paşaoba və İspikdə oğurluq hadisəsi törədiblər. Onlar ayrı-ayrı vaxtlarda Quba şəhərində 4 vətəndaşın təmir sexləri obyektlərindən oğurluq edib və ümumən 5 vətəndaşa 5650 man ziyan vurublar” - deyə İlkin Kərimov bildirib.



Yaşar İbrahimov və Eldəniz Atayev haqda cinayət işi açılıb.



Qeyd edək ki, saxlanılan səxslər Yaşar İbrahimov və Eldəniz Atayev dəmir yığmaq adı ilə məşgul imiş.













Mənbə
ANS PRESS: Aytəkin Alxaslı