Ölkə
Qubad İbadoğlunun təşkilatında yeni təyinatlar olub
Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri
Qubad İbadoğlusərəncam imzalayıb.
Hərəkatdan “Report”a verilən məlumata görə, sərəmcamla Q.İbadoglu Müsavat Partiyasından xaric edilən başqanlığa sabiq namizəd Səxavət Əlisoyu Özəl institutlar və sahibkarlarla iş üzrə, Məlahət Mürşüdlünü isə Demokratik təsisatlar və vətəndaş cəmiyyəti ilə iş üzrə müavin təyin edib.
Bundan başqa, Dünyaxanım Cərullayeva ADR İcra Aparatı nəzdində Ümumi işlər departamentinə, Əhliman Abbas Beynəlxalq əlaqələr üzrə departamentə, Hamlet Səfixanlı Maliyyə departamentinə, Rövşən Dəmirli Təşkilatı məsələlər üzrə departamentə,
Samir Abbaslı isə İnformasiya departamentinə rəhbər təyin olunub.