Ölkə
Qubad İbadoğlu İsa Qəmbərin sədri olduğu qurumdan çıxdı
Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzindən (MSDM) çıxdığını bəyan edib.
APA-nın məlumatına görə, o, bu barədə özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Q. İbadoğlu bildirib ki, 2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin məşvərət heyətinin toplantılarında iştirak etmir: “MSDM-nin bundan sonrakı iclaslarına da qatılmaq fikrində deyiləm. Odur ki, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.