Dünya

Qriqoryanın atası danışdı

Metbuat.az

"Oğlumun Azərbaycana keçməsinə səbəb evdəki problemlər olmayıb". ANS PRESS-in məlumatına görə, bunu mart ayının 22-də könüllü olaraq Azərbaycana keçən Andranik Qriqoryanın atası deyib.



Onun anası Nelli Qriqoryanın sözlərinə görə, evdə cüzi mübahisələri olub. Amma bu oğlunun əməlinə əsas səbəb ola bilməz.



"Bir qız var idi. Mən dedim ki, o bizə uyğun deyil. O institut bitirib, biz isə yox. Problem bu olub. Başqa heç nə. Onun yoldaşları əzab-əziyyət veriblər, incidiblər. O da keçib", deyə Qriqoryanın atası bildirib.



Xatırladaq ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan A.Qriqoryanın Azərbaycan tərəfə könüllü keçməsini onun ailəsində olan problemlərlə əlaqələndirmişdi.


Andranik Araratoviç Qriqoryan isə 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olduğunu və 2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırıldığını deyib. "Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim. Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar edirdilər. Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar.


Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər".



Erməni hərbçi artıq mənasız savaşdan yorulduğunu, ölmək istəmədiyini deyib. "Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var – ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir".


Mənbə
ANS PRESS