Digər

Qoyun oğruları ələ keçdilər

Metbuat.az

Bu il fevral ayının 25-də İmişli rayonunun Çahar kəndinin  örüş  sahəsində oğurluq edən 3 nəfər saxlanılıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən müddətdə polis  tərəfindən aparılan cinayət-axtarış  tədbirləri nəticəsində  onların əməllərinin üstü açılıb.



Belə ki, oğurluq hadisəsi  Çahar kənd sakini, 13 yaşlı

Elton Əzizov

qoyun otaran  zaman  baş verib. İmişli rayonunun Buludlu kənd  sakinləri

Şövqi Qurbanlı, İlqar Hüseynov

və  Sarxanlı  kənd sakini

Allahşükür Əzizov

Elton Əzizovun əllərini iplə bağlayaraq, sürüdən 5  baş qoyun oğurlayıblar. Onlar Allahşükür Əzizova məxsus  “VAZ 2107” markalı  avtomobillə  apardıqları heyvanları  Gəncə şəhərində  satıblar. Hadisəni törədən şəxslər  əməllərini etiraf edib və bundan peşman olduqlarını  bildiriblər.



Faktla bağlı istintaq davam edir.



Milli.Az