Ölkə

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 1-də Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçiriblər.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller nəzarət ediblər.