Ölkə
Qobustanın yaşayış məntəqələri qazlaşdırılır
Qobustan, 20 aprel,
AZƏRTACQobustanda rayon mərkəzi də daxil olmaqla, 19 yaşayış məntəqəsi “mavi yanacaq”dan istifadə edir. Hazırda digər yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər görülür.
Rayon icra hakimiyyətindən
AZƏRTAC-a bildirilib ki, artıq daha bir yaşayış məntəqəsində - Poladlı kəndində də qazlaşdırma başa çatdırılıb. Digər yaşayış məntəqəsi olan Yekəxanada isə kənddaxili qaz kəmərinin çəkilməsinə başlanılıb.
Yaxın vaxtlardan ardıcıl olaraq Təsi, Sədəfli, Şıxzahirli və Cəngi kəndlərinin də qazlaşdırılması nəzərdə tutulub.