Ölkə

Qobustanda 2 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina tikiləcək

Metbuat.az

Qobustan, 9 aprel,

AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Qobustan şəhərindəki 2 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni binanın inşasına hazırlıq işləri başa çatıb.


AZƏRTAC

xəbər verir ki, körpələr evi-uşaq bağçası üçün yeni bina dövlət vəsaiti hesabına tikiləcək və bu məqsədlə ilkin olaraq vəsait də ayrılıb. Yeni bina əvvəlki köhnə binanın yerində inşa ediləcək.


Qeyd edək ki, Qobustan şəhərindəki digər iki körpələr evi-uşaq bağçasından biri əsaslı təmir olunub. Digəri üçün isə hazırda yeni bina tikilir.