Ölkə
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Qırğızıstan Prezidenti MDB Xarici İşlər Nazirləri Şurası iclasının iştirakçılarını qəbul edib
Bişkek, 4 aprel,
AZƏRTACQırğızıstan Prezidenti Almazbek Atambayev MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasının iştirakçılarını qəbul edib.
Görüşdə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov da iştirak edib.
Almazbek Atambayev MDB çərçivəsində əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Dövlət başçısı bildirib ki, MDB vasitəsilə bir çox məsələləri həll etmək olar. Prezident, həmçinin MDB məkanında sülhün bərqərar olunmasının vacibliyini qeyd edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek