Dünya

Qəza nəticəsində Oxot dənizində batanlardan 65 nəfərin şəxsiyyəti müəyyənləşib

Metbuat.az

[ 03 Aprel 2015 03:32 ]



Bakı-APA. Aprelin 1-də gecə saatlarında Oxot dənizində Rusiyaya məxsus böyük balıqçı gəmisinin qəzaya uğraması nəticəsində batanlardan 65 nəfərin şəxsiyyəti müəyyənləşib, onlardan 24 nəfəri əcnəbilərdir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN regional mərkəzinin nümayəndəsi bildirib.

Xatırladaq ki, "Uzaq Şərq" adlı böyük balıqçı gəmi aprelin 1-ə keçən gecə Maqadan şəhərindən 300 km aralıda,  Oxot dənizi akvatoriyasında qəzaya uğrayıb.

İlkin məlumata əsasən, gəminin göyərtəsində  78  Rusiya və 54  başqa ölkələrin vətəndaşları olub. 13 nəfərin taleyi hələ ki bəlli deyil. Gəminin kapitanı və onun əsas köməkçisi həlak olub.