Dünya
AZƏRTAC
Qətərdə ABŞ səfirliyinə hücum edilib
Bakı, 9 aprel,
AZƏRTACQətərin paytaxtı Dohada ABŞ səfirliyinə hücum edilib. Amerikanın diplomatik nümayəndəliyinə basqın edən şəxsin şəxsiyyəti hələ ki, məlum deyil.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı səfirliyin mühafizəçisi xəsarət alıb. Basqınçının nə ilə silahlandığı bilinmir.
Hücum edən şəxs artıq həbs edilib. ABŞ-ın Qətərdəki səfirliyi hazırda bu ölkədəki amerikalılara diqqətli olmağı, insanların çox olduğu yerlərdən uzaq durmağı, öz hərəkət marşrutlarını əvvəlcədən və dəqiqliklə planlaşdırmağı və xarici görünüşə görə ətrafdakılardan fərqlənməməyi tövsiyə edib.