Digər

"Qərb ermənilərdən öz maraqları üçün istifadə edir"

Metbuat.az

Qərb ermənilərdən öz maraqları üçün istifadə edir.

Trend

-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri

Cəmil Çiçək

deyib.



Onun sözlərinə görə, Ankaranın bütün cəhdlərinə baxmayaraq, Qərb 1915-ci il hadisələri barədə heç nə bilmək istəmir.



Spiker qeyd edib ki, Türkiyədə heç vaxt antierməni təbliğatı olmayıb və Ankara ölkəyə siyasi təzyiq üçün 1915-ci il hadisələrindən istifadə etməyə imkan verməyəcək.



C.Çiçək əlavə edib ki, erməni lobbisi ilə mübarizə hökumətin əsas məqsədi olacaq.



Milli.Az