Ölkə

Qəbələdə keçirilən “Sərhəd” hərbi-idman oyununun qalibi məlum olub

Metbuat.az

Qəbələ, 21 aprel,

AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsinin, Qəbələ Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu keçirilib.


AZƏRTAC

xəbər verir ki, yarışda rayonun orta məktəblərinin 10-cu sinif şagirdlərindən ibarət komandalar iştirak edib.


Komandalar 8 mərhələ üzrə güclərini sınayıb və yekunda Abrıx kənd tam orta məktəbin komandası I yer, Vəndam qəsəbə 2 saylı tam orta məktəbin komandası II yer və Tikanlı kənd tam orta məktəbin komandası III yerə layiq görülüb. Abrıx kənd tam orta məktəbin komandası Şəki şəhərində keçiriləcək yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb.