Ölkə

Qəbələdə keçirilən çoxmübarizəli idman döyüş növləri üzrə yarış yekunlaşıb

Metbuat.az

Qəbələ, 3 aprel,

AZƏRTAC

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vəndam qəsəbəsində çoxmübarizəli idman döyüş növləri üzrə açıq rayon birinciliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, turnirin açılışında çıxış edənlər idmana göstərilən dövlət qayğısından, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idmana dəstək ənənələrindən söhbət açaraq, hazırda bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıblar. Qeyd edilib ki, yarışın əsas məqsədi ölkəmizdə yeni olan çoxmübarizəli idman döyüş növlərinin regionlarda inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun yüksəldilməsi, həmçinin onların idman ustalıqlarının artırılması və bu idman növü üzrə yığma komandalara namizədlərin hazırlanmasıdır.


Sonra dövlət himni səsləndirilib, yarışlara start verilib. Yarışlarda ətraf 6 rayondan 100-ə yaxın idmançı 6 yaş qrupu üzrə 16 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıb.


Rayon gənclər və idman idarəsi tərəfindən hər çəki dərəcəsində I, II, III yerləri tutan idmançılar diplom və medallarla təltif olunublar.